Biz imzaları yox, əsərləri dərc edirik...

Nəbi Xəzri yaradıcılığı Türkiyənin ədəbiyyat portalında
507
03 İyul 2020, 15:35
 Türkiyənin məşhur Erikagacioyku.com ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin türk dilinə tərcümə edilmiş "İki səs”, "Dəniz... Səma... Məhəbbət” kimi şeirlərinin yayımına başlayıb.

 AZƏRTAC xəbər verir ki, 2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıracaq "Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Nəbi Xəzrinin yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.
 Bölmənin, klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur.