Biz imzaları yox, əsərləri dərc edirik...

Musiqili Teatrın həftəsonu maraqlı tamaşalı
229
21 May 2020, 09:50
 Azərbaycan Dövlət Akademik Musiqili Teatrı həftəsonu maraqlı tamaşalarla çıxış edəcək.
 AZƏRTAC xəbər verir ki, tamaşalar sənət ocağının "Facebook”dakı səhifəsi vasitəsilə canlı nümayiş ediləcək. Belə ki, teatrın kollektivi mayın 22-si saat 18:00-da "Arşın mal alan”, 23-ü saat 18:00-da retro tamaşalardan olan "O olmasın, bu olsun” və 24-i saat 18:00-da "Ər və arvad” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.
 Xatırladaq ki, sənət ocağı 1910-cu il mayın 24-də dahi bəstəkar Üzeyir Hacıbəylinin "Ər və arvad” tamaşası ilə təşəkkül tapıb. O vaxtdan bu vaxta bizi 110 illik zaman məsafəsi ayırır.