Biz imzaları yox, əsərləri dərc edirik...

Dünyanın ən gözəl musiqiçisi dünyasını dəyişdi
762
06 İyul 2020, 12:30
 İtaliyalı bəstəkar və dirijor, dünyaca məşhur Ennio Marikone bu gün, 91 yaşında dünyasını dəyişib.
 Sputnik Azərbaycan bildirir ki, bu barədə la Repubblica qəzeti yazır. Məlumata görə, bəstəkar bir neçə gün öncə yıxılıb və bud sümüyünü sındırıb. Romada klinikaya yerləşdirilən bəstəkarın vəziyyəti sonradan pisləşib.
 
 Bəstəkarın dostu və vəkili Corcio Assumma bildirib ki, ölən anadək onun huşu özündə olub. Sevimli xanımı Mariya ilə sağollaşıb, uşaqları və nəvələrinə ona göstərdikləri qayğıya görə təşəkkür edib. Vəkilin sözlərinə görə, bəstəkarın dəfni yalnız yaxınlarının iştirakı ilə keçəcək. 
 E.Marikone 1928-ci il noyabrın 10-da Romada doğulub. Atası caz musiqiçisi, anası evdar xanım olub. Beş uşaqdan ən böyüyü olan Ennio 12 yaşında Romada Müqəddəs Çeçiliya konservatoriyasına daxil olub. O, burada 3 diplom alıb - truba (1946), alətlərdə ifa (1952), bəstəkarlıq (1954) üzrə.
 
Sputnik